Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa məktəblərdə bu geyimləri qadağan edəcək

Fransa məktəblərdə bu geyimləri qadağan edəcək

Tarix: 28 Avqust 2023 07:24

Fransa hakimiyyəti məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.

Sonxeber.net report-a istinadla xəbər verir ki, bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.

"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən", - o, TF1 telekanalının efirində bildirib.

Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.

Xatırladaq ki, 2004-cü il martın 15-dən Fransanın təhsil müəssisələrində dini simvolları və ya inancları simvolizə edən geyimlər qadağan olunub.


Etiketlər:  Fransa məktəblərdə geyimləri qadağan edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ