Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu daha bir dünya rekorduna imza atdı

Ronaldu daha bir dünya rekorduna imza atdı

Tarix: 30 Avqust 2023 17:16

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.

Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır. Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.

           
  Futbolçu Ölkəsi Vaxt Qollar Fərqləndiyi liqalar
           
1 Kriştianu Ronaldu Portugal 2002- 517 Portuqaliya 3, İngiltərə 103, İspaniya 311, İtaliya 81, Səudiyyə Ərəbistanı 19
2 Yozef Bitsan Avstriya 1931-1955 515 Avstriya 71, Çexoslovakiya, Bohemiya və Moraviya protektoratı 444
3 Ferents Puşkas Macarıstan 1943-1966 515 Macarıstan 359, İspaniya 156
4 Lionel Messi Argentina 2004- 496 İspaniya 474, Fransa 22
5 İmre Şlosser Macarıstan 1906-1927 417 Macarıstan 411, Avstriya 6
6 Gyula Jengeller Macarıstan 1935-1952 416 Macarıstan 387, İtaliya 6, Kolumbiya 23
7 Cimmi Makqrori Şotlandiya 1922-1937 409 Şotlandiya 409
8 Gerd Müller Almaniya 1964-1981 405 Almaniya 365, ABŞ (NASL) 40

Milli.Az


Etiketlər:  Ronaldu daha bir dünya rekorduna imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ