Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2023 22:00
Rusiyalı məşhur müğənni Lolita Milavskaya plastik əməliyyatlarından danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, kanalların birinə müsahibə verən 59 yaşlı sənətçi yeddi ildən bir eyni əməliyyatı keçirdiyini bildirib:
"Buxaq hissədə əzələlər zəiflədiyi üçün həmin hissəni kəsdirmişəm. Hər yeddi ildən bir isə göz qapaqlarımı əməliyyat etdirirəm. Liposaksiyaya isə müraciət etməmişəm. Gərgin məşqlər, düzgün qidalanma və həkimlərin məsləhətləri ilə 12 kiloqram arıqlamışam".