Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əri Britninin atası ilə əlbir olub pullarını xərclədi

Əri Britninin atası ilə əlbir olub pullarını xərclədi

Tarix: 31 Avqust 2023 12:20

Müğənni Britni Spirs ayrıldığı həyat yoldaşı Sem Asqari onun atası Ceymi Spirs ilə əlbir olub. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda ifaçıya yaxın mənbə məlumat yayıb. O, Britninin bundan tam əmin olduğunu açıqlayıb. 

Sem Ceymiyə B.Spirsi himayə altında saxlamağa imkan verən məlumatları ötürüb. Bunun müqabilində isə Sem sənətçinin pulundan istifadə edib. 

Buna görə də Britni Semin ona münasibətlərinin əvvəlindən bütün mövzularda yalan danışdığına inanır. 

Qeyd edək ki, Britni Spirs atasının himayəsi altında 13 il yaşayıb. Himayə müddəti bitdikdən sonra isə ifaçı atasını həyatına və puluna tam nəzarətdə ittiham edib.

Milli.Az


Etiketlər:  Əri Britninin atası ilə əlbir olub pullarını xərclədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ