Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2023 12:06
Sloveniyanın müasir tarixindəki ən böyük daşqının vurduğu ziyan 4,7 milyard avro təşkil edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Qolob bildirib.
Baş nazirin sözlərinə görə, növbəti 5 ildə daşqının nəticələrinin aradan qaldırılması üçün 7 milyard avroya qədər vəsait ayrılacaq.
Avqustun 6-da Sloveniya hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün Avropa İttifaqı və NATO-ya müraciət etmək qərarına gəlib. Söhbət tullantıların yığılması və yolların fəaliyyətinin bərpa olunması, helikopterlər, yığma körpülər, eləcə də daşqınların nəticələrinin aradan qaldırılması üçün 200-ə yaxın hərbçinin cəlb edilməsindən gedir.
Avqustun 4-də Sloveniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi bir gün əvvəl başlayan leysan yağışları ilə əlaqədar ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələrində qırmızı təhlükə elan edib.