Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndində ət paylandı: Araikin istefası “şərəfinə”

Xankəndində ət paylandı: Araikin  istefası “şərəfinə”

Tarix: 1 Sentyabr 2023 12:18

İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danışmaq ya özünü aldatmaqdır, ya da yeni bir nəzəriyyə irəli sürüm - "ictimai aldatma"dır".

Sonxeber.net bildirir ki, bunu separatçı Vahram Atanesyan Facebook-da yazıb.

"Əminəm ki, biz ikinci variantla məşğuluq. Belə çıxır ki, Arayik Arutyunyan və Samvel Babayan Bakı ilə danışıqların aktuallığından və hələlik aralıq razılaşmaların tapılmasının vacibliyindən danışanda "xalq qəbul etmir". Yeni "avtoritet" bu barədə danışmağa başlayanda ki, bəs onun başqa çıxışı ola bilməz və olmamalıdır - xalq bunu qəbul edəcəkmi?"  - Atanesyan yazıb.

O, Xankəndindəki "hakimiyyət" dəyişikliyinə də münasibət bildirib: "O kəslər ki, "hakimiyyət"in dəyişməsi maraqlarına uyğun olub, insanlara təsir etmək yollarını və üsullarını tapa bilirlər. Məndə olan məlumata görə, bu gün hansısa naməlum xeyriyyəçi Stepanakert (Xankəndi - red.) sakinlərinə pulsuz olaraq 3 kiloqram mal-quzu əti verib. Hamıya yox. Arayik Arutyunyanın istefası şərəfinə. Əgər bu ət var idisə, bəlkə avqustun 29-da bu əti insanlara verməklə insanlar üçün bir az fərqli vəziyyət yaratmaq mümkün idi".


Etiketlər:  Xankəndində paylandı Araikin istefası şərəfinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ