Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi

Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi

Tarix: 1 Sentyabr 2023 17:16

Qırğızıstan prezidenti Sadır Japarov onu futbol oynadığı üçün tənqid edənlərə cavab verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə "Japarov niyə işləmir, futbol oynayır" yazanlara cavab olaraq deyib: "Mər gün futbol meydançasına çıxmıram. Mənim buna vaxtım da yoxdur. İldə cəmi iki dəfə oynayırıq. "Muras" turniri may və dekabr aylarında keçirilir".

Prezident idmana önəm verməsinə belə açıqlı gətirib: "Biz gənclərə nümunə olmaq, idmanı təbliğ etmək istəyirik. İstəyirik ki, uşaqlar səhərdən axşama kimi narkotikə aludə olmasın, cinayət törətməsin, kompüter oyunları oynamasın. İdman sağlamlıq mənbəyidir deyirlər. Sağlam millət varsa, dövlət də sağlam olar".

Milli.Az


Etiketlər:  Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ