Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2023 18:00
Telefonlarda olan fərdi məlumatları qoruma yolları açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Aşağıdakılara əməl edərək, telefonlarınızdakı məlumatları qoruya bilərsiniz:
1) Brauzer tarixçəsini mütəmadi silin;
2) Tətbiq icazələrini gözdən keçirin və lazım olmayan tətbiqlərin məkan icazəsini bağlayın;
3) Müəyyən müddət aralığında telefonunuzu təmizləyin;
4) Uzun müddət istifadə etmədiyiniz tətbiqləri telefonunuzdan silin;
5) Fərdi məlumatlara kənar müdaxilənin qarşısını almaq üçün təhlükəsizlik parametrlərindən istifadə edin.