Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya onları xarici agent elan etdi - SİYAHI

Rusiya onları xarici agent elan etdi - SİYAHI

Tarix: 2 Sentyabr 2023 07:50

Rusiya bir qrup şəxsi xarici agent elan edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik "Novaya qazeta"nın baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratov, iqtisadçı Konstantin Sonin və komediya aktyoru Ruslan Belı xarici agentlər siyahısına daxil edib .

Bildirilir ki, ümumilikdə doqquz Rusiya vətəndaşı və bir təşkilat xarici agentlər siyahısına əlavə edilib.

Digər şəxslər aşağıdakılardır:

"Dojd" telekanalının jurnalisti Denis Kataev,

Sankt-Peterburq Qanunvericilik Məclisinin keçmiş deputatı Maksim Reznik,

Yazıçı Oleq Radzinski,

"Exo Moskvı"nın keçmiş jurnalisti Oksana Barşeva (Kseniya Larina),

İçkeriyanın Rusiyadakı keçmiş Baş Nümayəndəsi Mairbek Vaçaqayev,

Aleksey Navalnının Voronejdəki qərargahının keçmiş rəhbəri Yevgeni Karpov.


Etiketlər:  Rusiya onları xarici agent elan etdi SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ