Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kral oğlu Harrinin qız olaraq doğulmamasından məyus olub

Kral oğlu Harrinin qız olaraq doğulmamasından məyus olub

Tarix: 2 Sentyabr 2023 17:34

Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin qız uşağı olaraq doğulmamasından məyus olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə "Diana: Onun hekayəsinin qalan hissəsi" sənədli filmində qeyd edilib. 

Şahzadə Diananın filmdə istifadə edilən audioyazılar onun yaxın dostu ilə söhbətləri zamanı qeydə alınıb. Onun sözlərinə görə, Harrinin vəftiz mərasimində kraliça II Yelizaveta ilə söhbətində şahzadə Çarlz qız övladı gözlədiyi üçün ikinci övladının cinsiyyətindən məyus olduğunu bildirib. 

Bununla belə, Britaniya monarxı ona normal övladı olduğuna sevinməyi məsləhət görüb. Bundan sonra Şahzadə Çarlz anasından inciyib və demək olar ki, onunla danışmağı dayandırıb. 


Etiketlər:  Kral oğlu Harrinin qız olaraq doğulmamasından məyus olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ