Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 20:52
ABŞ-nin "Meta" şirkəti "Facebook" və "Instagram"ın pullu versiyalarını təqdim edə bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrdən bildirilib.
Ödənişli "Facebook" və "Instagram" istifadəçilərə reklamlara baxmadan sosial şəbəkələrdən istifadə etməyə imkan verəcək.
İlkin olaraq Avropa ölkələri üçün nəzərdə tutulan yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi və ödənişin nə qədər olacağı hələ məlum deyil.