Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda mağaza sahibi bazarda öldü

Oğuzda mağaza sahibi bazarda öldü

Tarix: 29 Oktyabr 2019 17:30

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə "Oğuz Mərkəzi Bazar" MMC-də baş verib.

Ticarət Mərkəzində toxum satışı ilə məşğul olan mağazanın sahibi, 1941-ci il təvəllüdlü Fərəc Fərəcovun halı qəfil pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

F.Fərəcov mağazada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oğuzda mağaza sahibi bazarda öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ