Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 12:56
"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər" bölməsinin interfeysi yenilənib və eyni anda bir cihazda bir neçə hesabdan istifadə etmək imkanı əlavə edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Messengerdə meydana çıxan əsas yenilik istifadəçilərə bir cihazda qeydiyyatdan keçməyə və əlavə hesabdan istifadə etməyə imkan verən hesablar arasında keçid funksiyasıdır. Əvvəllər istifadəçilər "WhatsApp"ı klonlaşdırmaq və ya əlavə hesablar üçün üçüncü tərəf proqramlarını yükləmək məcburiyyətində qalırdılar.
Qeyd olunur ki, istifadəçilər yalnız bir əlavə hesab əlavə edə bilərlər. Ola bilər ki, gələcəkdə hesabların sayı artırılsın.