Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatsapdan daha bir YENİLİK

Vatsapdan daha bir YENİLİK

Tarix: 5 Sentyabr 2023 20:24

Vatsap tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşırlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə messencerdə yeniliklərin təhlili üzrə ixtisaslaşan "WABetaInfo" portalı məlumat yayıb.

Vatsapda yeni interfeys 2.23.13.16 beta versiyasında aşkar edilib. Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.

Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və orada "İcmalar" bölməsi əlavə edilib.

Belə bir naviqasiya paneli ilk dəfə vatsapın beta versiyasında hələ iyun ayında görünsə də, hələ messencerin sabit quruluşlarında görünməyib.

Milli.Az


Etiketlər:  Vatsapdan daha bir YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ