Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimlərin səhvinə görə öləcəkdim''

''Həkimlərin səhvinə görə öləcəkdim''

Tarix: 7 Sentyabr 2023 00:00

Əfsanəvi aktyor Arnold Şvartsenegger ölümlə üz-üzə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə izləyiciləri ilə söhbət edərkən danışıb. O, hadisənin 2018-ci ildə "Terminator: Qaranlıq tale" filminin çəkilişindən əvvəl baş verdiyini bildirib:

"Çəkilişlərə başlamazdan əvvəl üçüncü açıq ürək əməliyyatımı xatırlayıram. Mən çox narahat idim. Narkozdan oyananda həkimlər hər şeyin planlaşdırdıqları kimi olmadığını bildirdilər. Əməliyyat zamanı səhvə yol verərək ürəyimin divarını deşmişdilər, az qala öləcəkdim. Daxili qanaxma səbəbindən həyatımı xilas etmək üçün orqanı təcili açmaq lazım idi. Bu, yaşadığım bir fəlakətdir".

Milli.Az


Etiketlər:  Həkimlərin səhvinə görə öləcəkdim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ