Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransız gözəllərinin sağlam saçlarının SİRRİ

Fransız gözəllərinin sağlam saçlarının SİRRİ

Tarix: 7 Sentyabr 2023 04:51

Dərilərini kosmetik məhsulların təsirinə məruz qoymağı sevməyən fransızlar saçlarda da eyni prinsip üzrə hərəkət edir. Belə görünür ki, fransız qızları təbii gözəlliyi heç nəyə dəyişmək fikrində deyil. 

Sonxeber.net oxucuları fransız qızlarının sağlam saçlarının 5 sirri ilə tanış edir:

Demək olar ki, saç boyasından istifadə etmirlər

Fransız qadınlar nadir hallarda saçlarını rəngləyirlər. Rənglə təcrübələr onlara xas deyil. Özlərini ancaq nəzərə çarpan günəş parıltısı ilə rövqləndirməyə üstünlük verirlər. Karoline De Meqre əmindir ki, ana təbiətə hörmət etmək lazımdır və sizə ən çox uyğun gələn ton öz təbii rənginizdir. 

Saç qurutma fenindən istifadə etmirlər

Birincisi, saçları çox qurudur. İkincisi, təbii şəkildə quruyan saçlar daha həcmli qalacaq. Odur ki, ağlınızda olsun. Diqqətsiz şəkildə burulmuş saçlar Paris gözəllərinin vizit kartıdır. Bu, saç fenindən istifadənin nəticəsi deyil. Saçları hörmək və ya nəm saçları toppuz halında yığmaq kifayətdir - və bir neçə saatdan sonra şahanə saçlar hazırdır. 

Evdən yaş saçla çıxmırlar

Fransız gözəlləri saçlarını bir qayda olaraq axşamlar yumağa üstünlük verirlər. Karlin De Meqre bu barədə kitabında qeyd edib: saçları nəm dəsmalla bürüyüb yatmaq ən təbii "ukladkadır".

Hər gün saç yumazlar 

Əmin olun ki, saçları hər gün yumağa dəyməz. Ən pis halda toppuz və ya atquyruğu yığa bilərsiniz. Sizi istənilən vəziyyətdən xilas edən bu fasonları "ikinci gün saç düzümü" adlandırmaq olar. 

Parfumun gücü 

Saç parfumu yeni xəbər deyil. Fransızlar bu parfumlardan tez-tez istifadə edirlər. Ən maraqlısı odur ki, bu qoxunu sizi qucaqlayan yaxınlarınız hiss edəcək, yanınızdan keçənlərdə isə xəfif bir yaz mehi kimi xoş bir təəssürat oyadacaq. (publika.az)


Etiketlər:  Fransız gözəllərinin sağlam saçlarının SİRRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ