Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayonndakı məscidə hücum edən şəxs Notr-Damdakı yanğının qisasını almaq istəyirmiş

Bayonndakı məscidə hücum edən şəxs Notr-Damdakı yanğının qisasını almaq istəyirmiş

Tarix: 30 Oktyabr 2019 00:16

Bakı. Trend:

Fransanın Bayon şəhərindəki məscidin qarşısında iki nəfəri yaralayan yaşlı şəxs Notr-Dam kilsəsində baş verən yanğının qisasını almaq istəyirmiş.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Bayon şəhərinin prokuroru Mark Marye deyib.

M.Marye bildirib ki, 84 yaşında bir kişi Bayon şəhərində məscidin qapısına odlu silahdan atəş açmaq istəyərkən onu dayandırmağa çalışan iki nəfəri yaralayıb. Silahlı daha sonra polislər tərəfindən saxlanılib.

Prokurorun sözlərinə görə, saxlanılan şəxs Notr-Damdakı yanğının müsəlman icmasının nümayəndələri tərəfindən təşkil olunduğuna əmindir və bunun qisasını almaq istəyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bayonndakı məscidə hücum edən şəxs Notr Damdakı yanğının qisasını almaq istəyirmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ