Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağda qida məhsulları gizli şəkildə satılır" - Şirinyan

Tarix: 7 Sentyabr 2023 10:38

"Qarabağda qida məhsulları gizli şəkildə satılır. Düzdür, yerli alverçilər həyasızcasına qiymətləri qaldırdılar, erməni bloger Karen Şirinyan öz Facebook səhifəsində yazır.

"Qarabağda 50 kq çəkisi olan bir kisə un gizli şəkildə 60-90 min dram (147-220 dollar) qiymətinə satılır. Buna kim cavabdehdir? Hörmətli "Təhlükəsizlik Xidməti", "Prokurorluq" tədbir görsün. Arayıkin təyin etdiyi kadrlar təsirsiz və gücsüzdür. Qarabağda siqaret və qənd xüsusi Telegram kanalları vasitəsilə satılır. 50 kiloqramlıq bir kisə şəkər üçün 150 min dram (368 dollar) istəyirlər. Siqaretlər 25-40 min dram arasındadır (61-98 dollar, görünür, söhbət bir blok siqaretdən gedir).

Kim dedi ki, belə şey yoxdur? Mən başqa bir dəstə kəşf etdim, sabah bu barədə məlumatı "Təhlükəsizlik Xidməti"nə göndərəcəm. Bu yaxşıdır, elə deyilmi? Karen pulsuz ifşa edir, "Təhlükəsizlik Xidməti" pul qazanır. Öz xalqını soyursan, niyə türklərdən inciyirsən? Qurgen Nersisyanın vaxtında un ən azı 40-50 min drama (98 dollar) satılırdı. BQXK mal gətirmir, ona görə də onların haradan gəldiyi bəlli deyil", - Karen Şirinyan yazır.

Yeri gəlmişkən, Karen Şirinyanın bu paylaşımının altında jurnalist Tereza Asatryan şərh yazıb və qeyd edib ki, bir nəfərin Qarabağdan İrəvana helikopterlə çatdırılması 1,5 milyon dram (3900 dollar) başa gəlir.

Nəzərə alsaq ki, Qarabağa yalnız sülhməramlılar helikopterlərlə gedib-gələ bilər, onda bircə şeyi deyə bilərik: rusiyalı hərbçilər əla "qazanc yeri" tapıblar...

Milli.Az


Etiketlər:  Qarabağda qida məhsulları gizli şəkildə satılır Şirinyan


RƏYLƏR