Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarova Simonyanı ''səviyyəsiz'' adlandırdı

Zaxarova Simonyanı ''səviyyəsiz'' adlandırdı

Tarix: 7 Sentyabr 2023 14:16

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun haqqında həqarətlə "mən katibələrə cavab vermirəm" sözlərinə reaksiya verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bununla bağlı müvafiq yazı Zaxarovanın Telegram kanalında yerləşdirilib.

Zaxarova cavabında Simonyanı "səviyyəsiz" adlandırmaqdan çəkinməyib.

"Mən planetin bütün "katibələrinə" səslənirəm. Rəfiqələr! Sizin işiniz hətta ən yüksək səviyyəli müdirin də uğurunun açarıdır. Gündəlik plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək kimi sizin gördüyünüz işlər olmasa, müdirlər heç bir şey edə bilməzlər. Bu adamın düşünmədən ağzına gələni deməsinə fikir verməyin...", - deyə Zaxarova bildirib.

Milli.Az


Etiketlər:  Zaxarova Simonyanı səviyyəsiz adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ