Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranla İsrail bu halda barışa bilər… - Markov

İranla İsrail bu halda barışa bilər… - Markov

Tarix: 7 Sentyabr 2023 14:52

İran və İsrail arasında kompromis tapmaq asan olmayacaq, amma mümkündür. Bunun baş tutması üçün İsrail Tehran rejiminin ona təhdid olmayacağına, İranın əməldə dinc qonşuluq şəraitində yaşamaq siyasətini həyata keçirəcəyinə və nüvə silahını ləğv edəcəyinə əmin olmalıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri  tanınmış rusiyalı politoloq Sergey Markov Çinin vasitəçiliyi ilə İsrail və İran arasında gizli danışıqların keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Münasibətlərin tənzimlənməsi baxımından danışıqların yaxşı fürsət olduğunu deyən Markov Çinin budəfəki vasitəçilik cəhdinin uğursuz nəticələnə biləcəyini diqqətə çatdırıb:

"İranla Səudiyyə Ərəbistanı arasında başlayan yeni mərhələ əminlik yaratdı. Lakin Tehranla Təl-Əviv arasında barışıq Səudiyyə Ərəbistanı ilə olduğu kimi alınmayacaq. Onlar arasında əsasən geopolitik mübarizə gedirdi. Səudiyyə Ərəbistanının yeni rəhbərliyi daxildə böyük dəyişiklik istiqaməti götürüb, sırf neft-qazdan asılı olmayan iqdisadiyyat qurmaq istəyir. İran isə Səudiyyə Ərəbistanı ilə yox, elə İsrail və ABŞ-la müharibəyə hazırlaşır. Yəni Ər-Riyad ilə Tehranın gərginliyi azaltmaq üçün ciddi səbəbləri var idi. Düzdür, gərginlik tam yox olmayıb, onlar arasındakı yüz illərdir davam edən sünni-şiə qarşıdurması mövcuddur. Proksi qrupları Yəməndə döyüşləri hələ də davam etdirir. İsrail isə tam sərbəst deyil, bir çox parametrlərlə ABŞ-a bağlıdır və qarşılıqlı asılılığı var. Ona görə, İsraillə İran arasında hər hansı danışıqlardan ABŞ-ın xəbəri olur".

O, Tehran-Təl-Əviv münasibətlərinin yumşalması istiqamətində əsas əngəlin ABŞ olduğunu bildirib:

"ABŞ-ın Tehran və Təl-Əviv münasibətləri ilə bağlı öz maraqları, müxtəlif mövqeləri ola bilər, amma heç vaxt əsas strateji rəqibi Çinin İsrail-İran münasibətlərini yaxşılaşdırmaqla öz mövqeyini gücləndirməsinə imkan verə bilməz. Düşünürəm ki, İsraillə İran arasında münasibətlərin yoluna qoyulması bu baxımdan daha çətin olacaq. İranın siyasəti İsraili, onların təbirincə desək, sionistləri "dənizə tökmək" və dövlətçiliyini məhv etməkdir. Kompromis tapmaq üçün ilk növbədə Tehranın təhdidləri aradan qalxmalıdır".


Etiketlər:  İranla İsrail halda barışa bilər Markov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ