Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2023 15:36
Lənkəranda 26 mənzildən yaşayış binası qəzalı vəziyyətdədir və hər ana çökə bilər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, ötən əsrin əvvəllərində şəhərin mərkəzində inşa edilmiş bina indi təhlükəli həddədir.
Sakinlərdən biri çürük döşəmədən zirzəmiyə düşərək xəsarətlər alıb.
Sakinlər deyirlər ki, çürük döşəmələr üzərində hərəkət etməkdən ömürləri çürüyüb. Mənzillərdən birinin sahibi çıxış yolunu yerə qapı sərməkdə görüb.
Bir neçə il bundan əvvəl dam örtüyü dəyişilsə də, yağış yağan zaman yenə də evlərə su damır. Divarlarda iri çatlar əmələ gəlib.
Aidiyyəti qurumların nümayəndələri binaya baxış keçiriblər. Binanın yaşayış üçün yararlı olmadığı barədə qərar verilib.
Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İlham Mirzəzadə deyib ki, yaxın vaxtlarda vəsait ayrılan kimi həmin sakinlər üçün yeni bina tikiləcək.
Yeni bina tikilənə qədər sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: