Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 00:15
Gürcüstanlı aparıcı-aktyor Otar Kuşanaşvili həmkarı Andrey Malaxovun başına parik taxdığını bildirib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, Otar onun ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən parikdən istifadə etdiyini vurğulayıb.
Həmkarının müalicə olunduğunu qeyd edən aparıcı onun hansı xəstəlikdən əziyyət çəkdiyini isə açıqlamayıb.
Qeyd edək ki, onun parik taxması haqda iddiaları ilk dəfə televiziya tamaşaçıları irəli sürüb. Bəzi mənbələrdə isə Malaxovun Almaniyadakı klinikaların birində müalicə olunduğu qeyd olunub.