Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur - XİN

Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur - XİN

Tarix: 8 Sentyabr 2023 17:33

Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır.

Milli.Az


Etiketlər:  Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur XİN


RƏYLƏR