Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? - CAVAB

Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? - CAVAB

Tarix: 8 Sentyabr 2023 20:42

Maraqlıdır, görəsən, hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbə müdiri, həkim-fizioterapevt Təranə Məmmədova bildirib ki, müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. 

Onun sözlərinə görə, fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir:

"Fizioterapiya zamanı günəş şüası spektrləri, elektrodalğaları, maqnit və ultrasəs dalğalarını müxtəlif aparatlardan istifadəsi nəzərdə tutulur. Eyni zamanda, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərə həzm orqanları xəstəlikləri, sinir sistemi, tənəffüs, ginekoloji, urolojı, cərrahi, oynaq xəstəlikləri və s. xəstəliklər aiddir".


Etiketlər:  Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ