Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda G20 sammiti başladı

Hindistanda G20 sammiti başladı

Tarix: 9 Sentyabr 2023 09:36

Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammit başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hazırda Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Toplantı 2 gün davam edəcək.

İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Milli.Az


Etiketlər:  Hindistanda G20 sammiti başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ