Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Plastik əməliyyat onu tanınmaz hala saldı - FOTO

Plastik əməliyyat onu tanınmaz hala saldı - FOTO

Tarix: 10 Sentyabr 2023 05:10

Rusiyalı aparıcı, model Viktoriya Bonya Los-Ancelesdə plastik əməliyyatın sonra tanınmaz hala düşdüyünü bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, hələ tam sağalmayan model artıq yeni görünüşünə görə narahat olduğunu etiraf edib. Buna səbəb isə bir qadının onu görəndə tanımadığını deməsi olub.

"Bir az narahat olmağa başladığımı bölüşməliyəm. Bir qız yanıma gəldi, məni tanımadı. Qız mənim burada olduğumu bilmirdi. O, məni geyimimdən tanıdı. Birdən insanlar məni tanımasa? Burnum çox dəyişib? Bilirəm ki, vaxt lazımdır, hələ də gözləmək lazımdır. Kiminsə məni tanımamasına bilmirəm gülüm, yoxsa ağlayım" deyə, Bonya bildirib.

Qeyd edək ki, Bella Hadidin plastik cərrahına müraciət edən Bonya bütün görünüşündə dəyişiklik edib. 43 yaşlı Viktoriya çətin günlər keçirdiyini, ağrıların çox olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Plastik əməliyyat onu tanınmaz hala saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ