Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ - VİDEO

Əməkdar artistin həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ - VİDEO

Tarix: 11 Sentyabr 2023 09:45

Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki,  "Yaxşıya doğru" ictimai-sosial verilişin aparıcısı İlham Mirzəyev mərhumun oğlu ilə söhbəti zamanı göz yaşlarına boğulub. 

İlham "Ata sənin üçün nədir?" ünvanladığı suala Əməkdar artistin nəvəsinin cavabı hamını kövrəldib: 

"Ata hər şeydir. O sənin arxanda dayağındır. Bir dərdin olanda gedib onunla dərdləşə biləcəyin bir insandır. Atasız böyüyən övlad dayaqsız olur. Həyatı tez öyrənir, tez böyüyür". 

Bu kəlmələrdən göz yaşlarını saxlaya bilməyən və sözügedən proqramda ekspert qismində iştirak edən aktrisa nəvəsinə yaxınlaşaraq onu qucaqlayıb və bu sözləri dilə gətirib: 

"Mən bəzi qız və gəlinlərə demək istəyirəm ki, əgər gənclik illərində səhflərim olsa da, həyat mənə böyük dərs verib. Əziz gəlinlər və qızlar, elə etməyin ki, övladlarınız atalarına nifrət etsinlər. İnanın, bəzi gəlinlər ərlərindən ayrılıb, uşaqlarını elə böyüdürlər ki,... Deyirlər ki, ata düşməndir. Eləməyin onu!  O ata sizə qarşı düşmən ola bilər. Amma övlad elə deyil. Mənim sözümdə bir həqiqət var". 

K.Əliyeva bildirib ki, Türkiyənin Bodrum şəhərində təhsil alan nəvəsini yaxın günlərdə hərbi xidmətə yola salacaq:  

"Ağaəli Bodrumda sənət məktəbini oxudu. Diplomunu aldı. Oxuduğu sənətə yiyələndi. Bakıya gəldikdən sonra hərbi komisarlıqdan zəng vurub söylədilər ki, Ağaəli Məmmədov sentyabrın 15-i komissarlığa yaxınlaşsın. O söylədi ki, gedib Vətənə qulluq edəcəyəm". 

Milli.Az


Etiketlər:  Əməkdar artistin həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ VİDEO


RƏYLƏR