Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 22:26
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.
"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.