Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Laçında ekskavator minaya düşüb

Laçında ekskavator minaya düşüb

Tarix: 13 Sentyabr 2023 18:52

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Milli.Az verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Laçında ekskavator minaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ