Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məhsa Əmini” layihəsi: İrana yeni sanksiyalar gəlir

“Məhsa Əmini” layihəsi: İrana yeni sanksiyalar gəlir

Tarix: 13 Sentyabr 2023 18:52

ABŞ Nümayəndələr Palatası iki partiyalı "Məhsa Əmini" qanun layihəsini 410 lehinə və 3 əleyhinə səslə təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "VOA Nyus" məlumat yayıb.

Nümayəndələr, həmçinin, İranın raket ixracı ilə bağlı başqa bir planı, eləcə də İslam Respublikasında bəhai vətəndaşlarına qarşı təzyiq və repressiyaları pisləyən qətnaməni təsdiqləyiblər.

"Mehsa Əmini" qanununa əsasən, İran xalqının etirazlarını yatırtmaq və insan haqlarını pozmaqda ittiham olunan Əli Xamenei də daxil olmaqla İslam Respublikasının yüksək vəzifəli şəxsləri sanksiyaya məruz qalır.

Bu plan ABŞ prezidentini İran hökuməti ilə əlaqəsi olan bəzi əcnəbi şəxslərə qarşı viza qadağası tətbiq edib, onların mal varlıqlarına həbs qoymağa imkan verir.

Plana əsasən, Amerika prezidenti vaxtaşırı olaraq Əli Xamenei, İran prezidenti və onların ofislərinin üzvlərinə, Əli Xameneinin tabeliyində olan, insan haqlarının pozulması və terror fəaliyyətlərində iştirak edən qurumlara qarşı müxtəlif sanksiyaların tətbiqi barədə qərar verməlidir.

ABŞ Konqresinin Nümayəndələr Palatası da İran hökuməti tərəfindən bəhailərə qarşı təzyiqləri pisləyən qətnamə qəbul edib.

Qətnamədə bəhai məhbusları və dinlərinə görə həbs olunan başqa insanların azad edilməsi istənilib. Bununla yanaşı, qətnamə ABŞ hökumətindən İranda bəhai hüquqlarını pozanlara sanksiya tətbiq etməyi tələb edib.

Amerika Bəhai İcması ABŞ Konqresinin Nümayəndələr Palatasına bu qətnaməni qəbul etdiyinə görə təşəkkür edib.

Bildirib ki, bəhailərə qarşı repressiya son həftələrdə güclənib, onlardan 60-ı həbs edilib, 59 bəhainin əmlakı isə müsadirə edilib

Milli.Az


Etiketlər:  Məhsa Əmini layihəsi İrana yeni sanksiyalar gəlir


RƏYLƏR