Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-dan ''CƏZA YAĞIŞI'': 4 oyunluq diskvalifikasiya, texniki məğlubiyyət...

AFFA-dan ''CƏZA YAĞIŞI'': 4 oyunluq diskvalifikasiya, texniki məğlubiyyət...

Tarix: 13 Sentyabr 2023 20:54

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Sonxeber.net PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.

2-ci Liqanın 2-ci turunun "Şəfa" - "Şəki Siti"" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.

"Şəfa" - "Şəki Siti" oyununda meydan sahiblərinin futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, "Şəfa" klubu 350 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun "Ağdaş" - "Baku Sportinq" oyununda meydan sahiblərinin futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, "Ağdaş"  50 manat cərimə edilib. 

"Ağdaş" - "Baku Sportinq" oyununun 58-ci dəqiqəsində qonaq komandanın heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə "Baku Sportinq" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.


Etiketlər:  AFFA CƏZA YAĞIŞI oyunluq diskvalifikasiya texniki məğlubiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ