Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Tarix: 15 Sentyabr 2023 01:03

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir.

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, insanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanın faydaları doğru bir arqument olsa da, bəzi standartlar aşıldığında zərərlə qarşılaşmaq mümkündür. Bunu valideynlərin uşaqları üzərində işlətdiyi sakitləşdirici üsulda görmək olar. Telefonla oynayan uşaqlar ətrafda baş verənləri eşitmədikləri və görmədikləri halda, istənilən müdaxilədə aqressiv davranışlar sərgiləyə bilirlər. Valideynlər isə çox vaxt övladlarının qəzəbli halları ilə mübarizə aparmaq əvəzinə, əllərini sevimli telefonlarına qoyaraq, uşağın sosial dünya ilə əlaqəsini kəsməyə üstünlük verirlər. Uşaqlarınızı sakitləşdirmək üçün bu üsuldan istifadə etsəniz, onları böyük riskə atmış olursunuz. Beləliklə, uşaqları sakitləşdirməyin başqa yolu varmı?

UZUN MÜDDƏT TELEFON İSTİFADƏSİNİN MƏNFİ NƏTİCƏLƏRİ VAR

Övladlarınız kədərli, həvəsli və ya qəzəbli olduqda tətbiq etməli olduğunuz ilk taktika onları dinləmək və problemlərinə həll yolları axtarmaq olmalıdır. Əks halda, övladlarınız əsəbiləşən və ya kədərləndikləri zaman onlara empatiya göstərməsəniz və onları telefonla sakitləşdirməyə çalışsanız, zamanla uşaqlarınızda həm fiziki, həm də psixoloji cəhətdən geriləmə müşahidə edə bilərsiniz.

Tədqiqatçılar tərəfindən 3-5 yaşlı uşaqların telefon və planşetlərdən nə qədər tez-tez istifadə etdikləri ilə bağlı təhlil araşdırması aparılıb. 422 uşaq və 422 valideynin təhlili nəticəsində məlum olub ki, tez-tez sakitləşmək üçün cihaz verilən uşaqlarda emosional reaksiya əlamətləri daha çox olur.

Valideynlərindən kifayət qədər diqqət görməyən uşaqlar qapalı, özünə inamsız və hətta aqressiv olurlar. Buna görə də uşaqlar ən yaxşı dost kimi elektron cihazları seçirlər. Kədərli və ya sevincli hallarını bölüşəcək birini tapa bilməyəndə parlaq və rəngli ekranlı telefonlarla vaxt keçirirlər. Xüsusilə inkişaf çağında olan uşaqlar telefonla çox vaxt keçirdikləri zaman gələcəkdə həm psixoloji, həm də fiziki olaraq böyük risklərlə üzləşə bilərlər. Bu məsələdə valideynlərin rolu böyükdür.

Əgər siz telefonlarınızı uşaqlarınıza baxıcı kimi istifadə edirsinizsə, onlara böyük zərər vermiş olursunuz. Övladlarınızın çalışqan, sosial və sağlam olmasını istəyirsinizsə, onlarla daha çox söhbət etməlisiniz; Əyləncəli və maarifləndirici fəaliyyətlərlə məşğul olmalısınız.

Milli.Az


Etiketlər:  Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR Valideynlər oxusun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ