Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək

Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək

Tarix: 15 Sentyabr 2023 11:51

Hamilə qadınlarda ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün yeni testlər və reaktivlər alınacaq.

Sonxeber.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin "2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamında əksini tapıb.

Sərəncamda qeyd edilib ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün risk qrupuna daxil olan hamilə qadınların genetik müayinəsi üzrə layihələrin həyata keçirilməsi vacibdir.

Hamilə qadınların genetik müayinəsi üçün testə olan tələbat öyrənilməklə yeni testlər və reaktivlər alınacaq. Eyni zamanda, onların müayinəsinə dair beynəlxalq təcrübə nəzərə alınmaqla kliniki protokol hazırlanacaq.


Etiketlər:  Hamilələr xəstəliklərlə bağlı genetik testdən keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ