Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 21:32
"Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 gün sonra Turan əlində güllə gəlib məni bu evə gətirəcəkdi".
Sonxeber.net mətbuat.az-a istinadən xəbər verir ki, bunu Sentyabr döyüşlərində şəhid olan Turan Məhrrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.
Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: "Mənə sevdiyini deyəndə 5-ci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim üzülmə, mən sənin yolunu gözləyəcəyəm".
Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: "Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək".