Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı - Yaralılar var

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı - Yaralılar var

Tarix: 16 Sentyabr 2023 14:36

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Milli.Az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində agentliyə məxsus avtobus qəzaya uğrayıb:

"Avtobusda olan agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur".

Milli.Az


Etiketlər:  ANAMA nın avtobusu Laçında qəzaya uğradı Yaralılar var


RƏYLƏR