Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı - FOTO

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı - FOTO

Tarix: 16 Sentyabr 2023 14:42

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı FOTO


RƏYLƏR