Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya ABŞ-nin Ay proqramına qoşuldu

Almaniya ABŞ-nin Ay proqramına qoşuldu

Tarix: 16 Sentyabr 2023 20:26

Almaniya NASA-nın Ayın kəşfiyyatı proqramına qoşulub.

"NASA-nın ən yaxın və ən bacarıqlı beynəlxalq tərəfdaşlarından biri olan Almaniyanı Artemida Sazişləri ailəsində salamlamaqdan çox məmnunam", - agentliyin rəhbəri Bill Nelson deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Almaniya Aerokosmik Mərkəzinin (DLR) baş direktoru Valter Peltzer vurğulayıb ki, sazişin imzalanması Berlin və Vaşinqtonun kosmosun tədqiqi proqramlarının həyata keçirilməsi istiqamətində birgə səylərinə əlavə təkan verəcək.

Qeyd edək ki, Almaniya Artemida razılaşmasının 29-cu iştirakçısı olub.

Milli.Az


Etiketlər:  Almaniya ABŞ nin Ay proqramına qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ