Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin ayağı amputasiya edildi - FOTO

Əməkdar artistin ayağı amputasiya edildi - FOTO

Tarix: 17 Sentyabr 2023 14:40

Rusiyanın Əməkdar artisti Aleksandr Qalevskinin sol ayağını amputasiya edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 81 yaşlı aktyor "Beşinci Kanala" müsahibəsində deyib. O, səhhətində yaranan problemlər səbəbindən həkimlərin bu qərarı verdiyini açıqlayıb:

"Artıq formada deyiləm, ayaqlarım yoxdur. Həyat belə gətirdi".

Aktyorun sözlərinə görə, o, hazırda evdə əlil arabası ilə gəzir.

Qeyd edək ki, Qalevski "Gözlənilməz sevgi", "Ovda dram", "Ruhda güclü", "Trembita", "Balqabaq 13 stul", "Satılmış gülüş", "Uzun vida" ekran işlərində rol alıb.

Milli.Az


Etiketlər:  Əməkdar artistin ayağı amputasiya edildi FOTO


RƏYLƏR