Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2023 22:36
Konqo Respublikası hökumətinin sözçüsü Tyeri Lezen Munqala dövlət çevrilişi ilə bağlı şayiələri təkzib edib və ölkədə hər şeyin sakit olduğunu bildirib.
"Konqonun paytaxtı Brazzavildə bəzi ciddi hadisələrlə bağlı inanılmaz məlumatlar ortaya çıxıb. Hökumət bu saxta xəbərləri təkzib edir. Biz əhalini sakit şəkildə öz işləri ilə məşğul olmağa dəvət edirik", - o, X sosial şəbəkəsində bildirib.
-------
21:36
Bəzi media qurumları Konqo Demokratik Respublikasında dövlət çevrilişi baş verdiyi barədə məlumat yayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, çevrilişə prezident qvardiyasının komandiri rəhbərlik edir. Ölkə prezidenti Nyu-Yorkdadır, ordu paytaxtdakı əsas obyektləri nəzarətə götürür.