Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə BARIŞDI - VİDEO

Şəfiqə Nağıyeva və Anar Vəziroğlu efirdə BARIŞDI - VİDEO

Tarix: 19 Sentyabr 2023 09:55

Vəkil Şəfiqə Nağıyeva və tənqidçi jurnalist, şair Anar Vəziroğlu barışıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Təsir dairəsi" ictimai-sosial verilişinin yeni mövsümdən ekspertləri olan tərəflər proqramın canlı efirində küsülülüklərinə son qoyub.

Vəziroğlu studiyaya daxil olaraq, əlində gül çələngini Nağıyevaya verib. Şair "Şəfiqə xanımın gülüşünə baxın. Vuruşub-vuruşub axırda da sülh" sözlərini dilə gətirib.
Qeyd edək ki, keçən mövsüm sözügedən verilişin canlı efirində Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı. Canlı efirdə şair vəkilə hiddətlənərək, əvvəl onu təhqir edib, daha sonra isə üzərinə su atmışdı.

Milli.Az


Etiketlər:  Şəfiqə Nağıyeva Anar Vəziroğlu efirdə BARIŞDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ