Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antiterror əməliyyatı olacaq?

Antiterror əməliyyatı olacaq?

Tarix: 19 Sentyabr 2023 12:39

Rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealında olan qarabağlı erməni separatçılarına və xüsusilə də 10 min nəfərlik silahlı dəstələrə qarşı antiterror əməliyyatı aparmaq "Haydı, başladıq!" tipli olmur.

Ola da bilməz.

Milli.Az xəbər verir ki, "Qarabağlı ermənilərə qarşı istənilən formada sərt, aqressiya məzmunlu hərəkətlərə imkan verməyəcəyik!" Bu bəyanatlar Vaşinqtonda, Parisdə, Brüsseldə və s. məkanlarda səslənib.

Qarabağlı ermənilərdən alət kimi istifadə edirlər və onlar böyük güclərin bölgədəki geosiyasi maraqlarının gerçəkləşməsi yolunda sadəcə, vasitədir.

Belə şəraitdə, rəsmi Bakının çox ciddi təzyiq və pressinq cəhdlərinə məruz qaldığı vaxtda emosional qərarlara yer yoxdur.

Səbrimiz çoxdur, amma hədsiz və hüdudsuz deyil.

Antiterror əməliyyatı olacaq. 

Qaçılmazdır.

Əfsuslar olsun ki, hazırda yaşanan və baş verən proseslər barədə təfərrüatlı yaza bilmirəm.
Ancaq əmin olun ki, hər birimiz çalışırıq.

Hər birimiz bütün qüvvəmizi sərf edirik ki, şəhidlərimizin qanı yerdə qalmasın.

Qalmayacaq da - bunu bilin!

Xankəndi, Ağdərə, Əsgəran, Xocalı erməni diversantlardan və terrorçulardan təmizlənəcək.
Düşmən qoy, hələ gülsün, ələ salsın, "qəhrəmanlıq"larından bəhs etsin, "Azərbaycan antiterror əməliyyatına başlaya bilməz" desin, gülərək dişlərini ağartsın.

Olsun.

Eynimizə deyil.

Çünki 2020-ci ilin sentyabrın 27-si ərəfəsində də tam eyni vəziyyətdi.

Amma sonda düşmənin ağaran dişlərini darmadağın edilmiş səngərlərdə, palçıqda, daşların arxasında gördük.

İt leşlərinin ağaran dişlərini.

Milli.Az


Etiketlər:  Antiterror əməliyyatı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ