Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 14:25
Səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilən rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev özünə gəlib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ürək problemi ilə üzləşən sənətçinin həkimlər vəziyyətini stabilləşdirə biliblər.
Musiqiçinin tam sağalması haqqında danışmaq hələ tezdir. Bununla belə, həkimlər artıq müsbət proqnozlar verirlər.
Qeyd edək ki, Nikolayev sentyabrın 15-də ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiyaya köçürülüb.