Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 21:34
Qadınlardan ibarət basketbol komandaları arasında 2025-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.
Milli Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq. Seçmə mərhələ oyunları bu ilin noyabr ayında start götürəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada keçiriləcək.