Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dinc erməni sakinlərinin təhlükəsizliyini təmin edəcəyik - Hikmət Hacıyev

Dinc erməni sakinlərinin təhlükəsizliyini təmin edəcəyik - Hikmət Hacıyev

Tarix: 20 Sentyabr 2023 22:45

Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona"ya son qoymaq niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.

H.Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.

Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib:

"Reallıq ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib".

"Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, O cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və "İsgəndər" raketlərindən istifadə edib", - H.Hacıyev əlavə edib.

Milli.Az


Etiketlər:  Dinc erməni sakinlərinin təhlükəsizliyini təmin edəcəyik Hikmət Hacıyev


RƏYLƏR