Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bütün diqqət Yevlaxda - "Xəyallar" gerçəkləşdi, amma fərqli formada

Bütün diqqət Yevlaxda -

Tarix: 21 Sentyabr 2023 12:57

Bugün bütün diqqət Yevlaxa yönəlib. Yevlaxda Prezident Administrasiyasının dəvəti ilə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

Yevlaxın görüş məkanı kimi seçilməsini politoloqlar I Qarabağ müharibəsində ermənilərin Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovması ilə əlaqələndirirlər. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını "Azərbaycanı Yevlaxa qədər qovmuşuq" eyforiyasına qapılmışdı.

Görüşdə əsas diqqət çəkən məqam müzakirənin oval masada aparılmasıdır. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bunun səbəbi ermənilərin masada vizual "tərəf" kimi görünməsinə imkan verməmək, onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir.Görüşün Azərbaycan bayrağı altında keçirilməsi isə separatizmin sonu deməkdir.

Bu görüşün keçirilməsi Azərbaycanın uğurlu siyasətinin nəticəsidir. İllərlə danışıqlardan qaçan, müxtəlif bəhanələrlə prosesləri uzadan, sülh prosesinə, reinteqrasiyaya mane olan separatçılar məhz elə Yevlax şəhərində danışıqlar üçün gəlməli oldular. Bu, Azərbaycan diplomatiyasının uğurudur.

Onlar danışıq təklifindən dəfələrlə imtina etsələr də, səbr kasasını son daşıran həmlələri onlara baha başa gəldi. Belə ki, Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılar təslim oldular.

Azərbaycanın bu tədbirləri keçirməsi labüd idi. Çünki, separatçılar regional təhlükəsizlik üçün problem idi. Həmçinin, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yer alan "Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin çıxarılmalıdır" öhdəliyini icra etməkdən boyun qaçırırdı. 10 min hərbçinin, hərbi texnikaların Azərbaycanın suveren ərazisində olması Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur etdi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Yəni, sırf qanunsuz silahlı birləşmələrə yönəlmişdi, nə mülki obyektlərə, nə mülki şəxslərə zərər dəydi. Ordumuz 24 saatdan da az vaxt ərzində yüksək peşəkarlıqla strateji hədəflərə nail oldu.

İslam
Milli.Az


Etiketlər:  Bütün diqqət Yevlaxda Xəyallar gerçəkləşdi amma fərqli formada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ