Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elnarə Xəlilova : “50 ildən sonra bunu sübut edə bilməyəcəyik, elə bil erməni oxuyur”

Elnarə Xəlilova : “50 ildən sonra bunu sübut edə bilməyəcəyik, elə bil erməni oxuyur”

Tarix: 21 Sentyabr 2023 17:55

Tanınmış müğənni Elnarə Xəlilova paylaşımı ilə diqqət çəkib. Belə ki, müğənni ad çəkmədən kiminsə ünvanına  ismarış yollayıb. O paylaşımında "Mənimlə "müharibə" etməyi sənə heç zaman tövsiyə etməmişəmm. Dəfələrlə özünü büruzə vermisən. Keçmişəm... Həyalı abırından susur. Həyasız da həmişə elə bilir ki, haqlıdır" deyə Elnarə Xəlilova paylaşımında yazıb. 

Sonxeber.net xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni bildirib. Bu sözləri o heç bir həmkarının ünvanına deməyib.

""Mənimlə müharibə etmə" bizim layihəmizin yeni adıdır. Müharibə əslində zövqlər müharibəsi və mübahisəsidir. Söhbət musiqi zövqümüzdən gedir. Misal üçün, bu yaxınlarda bizim "Döngə" qrupu ilə birgə rəhmətlik Məmmədbağır Bağırzadənin "Darıxıram" adlı parçası işıq üzü görəcək. Bir neçə gün öncə onun varisi Rahim Bağırzadəni mərkəzimizə dəvət etdik və "Darıxıram" adlı parçanı ona rok janrında dinlətdik. Adam sözün yaxşı mənasında şokda idi. Ancaq təbii ki, 40 yaşı olan bir mahnının keçmişdən gələcəyə gələn bir yolunu biz çox böyük diqqət və qayğı ilə, harmoniyalar və kantaya, Azərbaycan dilində sözlərin vurğularına çox böyük ehtiyatla yanaşaraq hazırladıq. Ancaq bunu son vaxtlar səhnəmizdə sanki məqsədyönlü şəkildə musiqi dəyərlərimizə düşmən kəsilmiş və müharibə elan edən həmkarlarım haqda deyə bilməyəcəm. Klassik Azərbaycan bəstəkarları mahnılarında Azərbaycan dilinin ahəng qanunundan tutmuş, sözlərdə mövcud vurğuların yerdəyişməsinə qədər və bəstəkarın bəstələdiyi mahnının orijinallığından əsər-əlamət saxlamamağa qədər ciddi qayda pozuntuları müşahidə etmək olur ki, bunu bir azərbaycanlı kimi özümə təhqir hesab edirəm. Bunu mən deməli deyiləm, böyüklər danışmalıdır. Amma yenə də dözə bilmirəm. Biganə qala bilmirəm. Özümdən asılı deyil. Azərbaycan musiqi mədəniyyətinə düşmən kəsilməsinlər. 50 ildən sonra biz sübut edə bilməyəcəyik ki, Ələkbər Tağıyev belə bir mahnı yazıb ya yox?! Ona görə də bədxah qonşularımız musiqilərimizə sahib çıxırlar. Çünki mahnılarımızda Azərbaycan avazı qoymayıblar. Elə bil erməni oxuyur" deyə müğənni bildirib.


Etiketlər:  Elnarə Xəlilova ildən sonra bunu sübut edə bilməyəcəyik elə erməni oxuyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ