Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı

Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı

Tarix: 21 Sentyabr 2023 21:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyatından danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfinin 90 mövqeyini zərərsizləşdirməsini həlledici amildir.

"Milli müdafiə nazirimiz Yaşar Gülər ​​(Azərbaycan tərəfi ilə - red.) əlaqədə oldu və bu gün mənim də qardaşım İlham Əliyevlə danışığım olub. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və "Biz işi artıq bitirdik. Heç bir problem yoxdur." dedi.

Milli.Az


Etiketlər:  Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ