Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 23:57
Sağlam qidalanma qan dövranını normallaşdırdığına görə demensiya riskini azaldır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, yetkinlik dövründə demensiyanın inkişaf riskini azaltmaq üçün mütəxəssislər beyin fəaliyyətini (oxumaq, problemlər və ya tapmacalar həll etmək), gündəlik rejimə sadiq qalmağı və bol-bol sağlam qidalarla düzgün qidalanmağı tövsiyə edir.
Həkimlərin fikrincə, sağlam qidalanma demensiya riskini demək olar ki, yarıya qədər azalda bilər. Bitki qidalarının bolluğu və zərərli məhsulların qida rasionundan xaric edilməsi qan dövranını yaxşılaşdırmağa, qan damarlarını və ürək əzələlərini gücləndirməyə, demensiya inkişaf riskinin azalmasına kömək edir.
Mütəxəssislər yaşlı insanda demensiya riskini azaltmaq üçün əhəmiyyətli dərəcədə məhdudlaşdırılmalı olan qidaların siyahısını tərtib ediblər.
Qızardılmış və "fast food"kimi qidalar həftədə bir dəfədən çox yeyilməməlidir. Həmçinin həftədə 1-2 dəfədən çox olmamaqla, mütəxəssislər qırmızı ət, kəsmik yeməyi məsləhət görürlər. Xəmir yeməklər və desertlər həftədə üç dəfədən çox olmayaraq yeyilməlidir.