Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orta məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Orta məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Tarix: 22 Sentyabr 2023 12:44

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Milli.Az verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Milli.Az


Etiketlər:  Orta məktəbdə külli miqdarda mənimsəmə Cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ