Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 23:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ turistlərinin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 % artım deməkdir.
Trend-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşdə deyib.
Görüşdə xarici qonaqlar ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.
Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin